Azərbaycan "The New York Times Travel Show 2015" beynəlxalq turizm sərgisində təmsil olunur
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201501/8349290_w.jpg)
Tarix: 13:22 24.01.2015
ABŞ-ın Nyu-York şəhərində "The New York Times Travel Show 2015" beynəlxalq turizm sərgisi keçirilir.
Sözügedən sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirak edir. Bununla yanaşı sərgidə ölkəmizdə fəaliyyət göstərən 9 turizm şirkəti də iştirak edir.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 30 kv.m sahənin ayrılması nəzərdə tutulub. 23 Yanvarda başlayan sərgi ayın 25-də başa çatacaq.