“Səs Azərbaycan”ın münsifləri bəlli oldu

Bölmə: Mədəniyyət › ,
Tarix: 14:38 22.09.2015

Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Tünzalə Ağayeva AZTV-nin efirində “Görmədən dinləmələr” turu zamanı öz komandalarını formalaşdıracaq.

Bundan sonra münsiflər öz komandasına cəlb etdikləri iştirakçıları finalla yanaşı, komandadaxili rəqabətə də hazırlayacaqlar.

Müsabiəqinin növbəti turunda iştirakçılar bi-biri ilə yarışacaq. Yekunda hər münsifin bir iştirakçısı qalacaq və onlar superfinalda yarışacaq. Bu 4 iştirakçıdan isə yalnız biri “Ölkənin ən yaxşı səsi” titulunu qazanacaq və müsabiqənin əsas mükafatının sahibi olacaq.

AZTV-də yayımlanacaq “Səs Azərbaycan” yarışmasının ilk buraxılışı oktyabr ayın ikinci yarısına planlaşdırılıb.