"Ulu dad" festivalında kulinarların milli mətbəx nümunələrini nümayiş etdirildi
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201509/5319711_n.jpg)
Tarix: 11:17 23.09.2015
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş“Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçıvəsində sentyabrın 22-də "Azərbaycanın milli mətbəxt paytaxtı" elan edilmiş Qax şəhərində keçirilən "Ulu dad" festivalında Qəbələ rayonunun kulinarları da rayona xas olan çeşidli milli mətbəx nümunələrini nümayiş etdiriblər. Tədbirin keçirilməsinə göstərdiyi dəstəyə və fəal iştirakına görə Qəbələ Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət və Turizm Şöbəsi festivalın diplomu ilə təltif olunub.