“Bir əsr boyunca Ermənistan-Azərbaycan münasibətləri” kitabının təqdimatı keçirilib
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201510/6180995_n.jpg)
Tarix: 13:31 05.10.2015
Atatürk Mərkəzində “Bir əsr boyunca Ermənistan-Azərbaycan münasibətləri” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi AMEA Tarix İnstitutunun "Ümumi tarix" şöbəsinin aparıcı elmi işçisi, İctimai TV-nin “Carçıfilm” Yaradıcılıq Birliyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovdur.
Bu kitabda I Dünya müharibəsi sonlarından günümüzədək olan dövr ərzində Ermənistan-Azərbaycan münasibətlərindən bəhs olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınır və Sovetlər Birliyi dövründə hər iki ölkə arasında olan sosial-iqtisadi əlaqələr elmi və statistik göstəricilərlə əks olunur. Əsər tədqiqatçılar, tələbə və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Kitabın təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvləri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun əməkdaşları və KİV nümayəndələri iştirak etmişlər.