Ümit Özdağ həbs tələbi ilə ədliyyəyə sövq edildi

Bölmə: Dünya › ,
Tarix: 20:57 21.01.2025

"Prezidenti təhqir" ittihamı ilə barəsində başladılan istintaq çərçivəsində nəzarətə alınan Zəfər Partiyasının sədri Ümit Özdağ həbs tələbi ilə məhkəməyə sövq edilib.

 

Zəfər Partiyasının sədri Ümit Özdağın prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına partiyasının il başçıları qarşısında dediyi sözlərə görə prezidenti təhqir etmə cinayəti ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu istintaq başladıb.

 

 

Özdağ istintaq çərçivəsində Ankarada nahar etdiyi restoranda saxlanılıb. Polis qruplarının İstanbula gətirdiyi Ümit Özdağ polis bölməsindəki əməliyyatlardan sonra İstanbul Ədliyyə Sarayına köçürülüb. İstanbul Respublika Baş Prokurorluğunun Ümit Özdağla bağlı başlatdığı istintaqın "camaatı kin və düşmənçiliyə sövq etmək" cinayəti baxımından da genişləndirildiyi öyrənilib. Ümit Özdağ həbs tələbi ilə ədliyyəyə sövq edildi. Qərardan sonra məhkəmə binasının dəhlizlərində əlbəyaxa dava düşüb.

 

Mənbə :CNN News turkçe

Nigar Həsənzadə