“ABŞ-nin teror təşkilatı PKK-ya dəstəyini dayandırması ehtimalı olduqcu aşağıdır”-POLİTOLOQ OQTAY QASIMOV
Bölmə: Siyasət › ,Tarix: 22:06 05.02.2025
“Son illik tarixə nəzər yetirdikdə Türkiyə ilə ABŞ-nin arasında narazılıq yaradan problemlərdən biri PKK/YPG teror təşkilatına Amerikan verdiyi dəstəklə bağlıdır”.
Bu sözləri “informator.az” a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, ABŞ Suriyada başlayan Vətəndaş müharibəsindən istifadə edərək həm özü Suriya ərazisinə yerləşdi, həm də özünün porski qüvvəsi quru qoşunlar halına gətirməyə çalışdığı PKK/YPG teror təşkilatına dəstək verməklə və bu təşkilatın vasitəsilə regionda mövqeyini gücləndirməyə çalışır:
“Eyni zamanda, bu qüvvələrdən həm özünün porski qüvvəsi kimi istifadə edir. Bu teror təşkilatına verilən dəstək, həm də bölgədə bir “Kürd” dövlətinin qurulması projesi kimi qəbul olunur. Bu da Türkiyənin həyat maraqlarına ziddir. Ona görə də Türkiyə məhz bu məsələdə həddən artıq həssas münasibət göstərir. Türkiyənin Amerikadan və yeni administrasiyadan da istəyi məhz bu məsələnin öz həllini tapmasıdır. ABŞ-nin bu teror təşkilatına dəstəyini dayandırması ehtimalı olduqca aşağıdır. Türkiyə bir çox məsələlərdə özü müstəqil qərar verərək özünün Suriya ilə sərhədlərində “təhlükəsizlik zolağı” yaratmaq məsələsini həll edəcək.
Eyni zamanda, Suriyadakı hakimiyyət qüvvələrinə ciddi dəstək verməklə məhz onların da köməyi ilə PKK-nı bölgədən sıxışdırmağa çalışacaq. Türkiyə bu məsələləri həll etmək üçün bütün ressuslara sahibdir. Amma bütün hallarda Hakan Fidanın da bəyan etdiyi kimi mart ayından ABŞ-Türkiyə arasında münasibətlərin intensiv müzakirəsi gözlənilir. Türkiyə tərəfi Tramp admininstrasiyasından da müəyyən gözləntiləri var. Bu gözləntilərin doğrulacağına ümid edir. Əgər bu məsələ öz həllini taparsa, Amerika PKK-ya dəstəyini dayandırarsa, iki ölkə arasında münasibətlər ciddi şəkildə istiləşməklə sürətlə inkişaf etməyə, yox, o dəstək inidiyə qədər olduğu kimi davam edəcəksə, tərəflər arasında baxmayaraq ki, NATO müttəfiqləridir. Ziddiyyətlər və gərginliklər qalmaqda davam edəcək”.
Kəmalə Vəliyeva