Qapı tutacaqlarındakı pas və kirləri bir hərəkətlə təmizlə

Bölmə: Maraqlı › ,
Tarix: 23:15 05.02.2025

Dəmir və polad kimi materiallardan hazırlanmış qapı tutacaqlarında pasla tez-tez rastlaşa bilərsiniz. Estetik baxımdan xoş olmayan bu vəziyyət zamanla sağlamlığınızı təhdid etməyə başlayır. Bununla belə, sadə üsullarla qapı tutacaqlarında olan kirdən xilas olmaq mümkündür.

 

Qapı tutacaqlarının xarici səthindəki qoruyucu örtüklər zamanla köhnələ və zədələnə bilər. Bu zaman metal sahələrin hava və nəmlə təması oksidləşməyə səbəb olur. Rütubətli ərazilər paslanma prosesini sürətləndirir. Əllərimiz gün ərzində qapı tutacaqlarına toxunaraq tər, yağ və kir buraxır. Bu, zamanla bir təbəqə yaradır, qapı tutacaqlarını matlaşdırır. Bundan əlavə, təmizlədikdən sonra yaxalamasanız, qapı tutacaqlarında ləkələr və çirkli görünüş yarana bilər. Bu görüntüdən xilas olmaq üçün, limonu yarıya bölün və kəsilmiş səthi duza batırın. Bu, limonun turşuluğunu artırır, pasın daha tez çıxarılmasına kömək edir. Duzlu limon parçasını qapı tutacaqlarına yaxşıca sürtün. Xüsusilə paslı və qaralmış yerlərə yüngülcə basaraq tətbiq edin. Limon və duzun pası həll etməsi üçün 5-10 dəqiqə gözləyin. Bu müddət ərzində kimyəvi reaksiya baş verəcək və kir yumşalacaq. Qapı tutacaqlarında inadkar ləkələr varsa, onları köhnə diş fırçası ilə ovuşdura bilərsiniz. Limon və duzdan istifadə etmək istəmirsinizsə, soda və sirkə, diş pastası və ağ sirkə istifadə edə bilərsiniz. Qapı tutacaqlarının quru olduğundan əmin olun. Təmizlədikdən sonra bir neçə damcı körpə yağı və ya zeytun yağı çəkərək qapı tutacaqlarını daha uzun müddət parlaq saxlaya bilərsiniz. Həftədə bir dəfə azca nəmli parça ilə silinmək də kir yığılmasının qarşısını alır.

 

Mənbə: Pembenar
Asiya Zeynallı