Siyasi liderlərin izləri: tarixdə qalan ideallar
Bölmə: Sosial › ,Tarix: 13:30 26.01.2025
Müxtəlif siyasi sistemlər və hakimiyyət formaları mövcuddur. Bunlar tarixən formalaşıb və liderlər idarə edib. Hər liderin hakimiyyətlə bağlı müxtəlif yanaşmaları mövcuddur. Siyasi liderlər hakimiyyət formasına uyğun olaraq müxtəlif prinsiplər ortaya qoyur. Bu da cəmiyyətin yaxşılaşdırılması və hakimiyyətin idarə olunması üçün mühüm amillərdəndir.
Liderlər təkcə dövlət idarə etməsində deyil həm də cəmiyyətin həyatında rol oynayır və yaddaşlarda yaxşı lider kimi qalır. Yaxşı lider həm idarətmədə həm də cəmiyyətdə mühüm statusa malik olanlardır. Onlar əzmkar və qətiyyətli prinsipləri ilə fərqli dövr və vəziyyətdə inkişafa, azadlıq qazanılmasına və ölkənin yüksəlişinə nail olurlar. Liderliyi tarix boyunca müsbət nəticə vermiş və gələcək nəsillərə ötürülmüş siyasi liderlərdən bizə qalan onların idealları olub. Məsələn, Azərbaycan tarixində aparıcı liderlərdən biri Heydər Əliyev olub. O, milli birlik, müstəqillik, türkçülük, uzaqgörənlik, sülh idealları ilə Azərbaycan tarixində bir dönüşüm nöqtəsi yaradıb. Hakimiyyətə gəldiyi çətin dövrdə Dağlıq Qarabağ məsələsini aydınlaşdırmağa, çarizmlə mübarizə aparmağa və ölkənin vəziyyətini yaxşılaşdırmağa nail olub. Cəmiyyətə verdiyi qızıl töhvələr ilə xalqın bənzərsiz liderinə çevrilib.
Ədalət və bərabərlik prinsiplərini irəli sürən liderlər vətəndaşların hüquqlarını bərabər şəkildə irəli sürürdülər. Həmin liderlərdən biri də Cənubi Afrikada irqi ayrı-seçkiliyi aradan qaldıraraq bərabərlik uğrunda mübarizə aparmış Nelson Mandela idi. Aparteid rejimini sonlandıraraq ölkəsini birləşdirmiş və etnik qruplar arasında sülh yaratmağa nail olmuşdur. Mandeladan tarixə qalan idealları isə ədalət və bərabərlik prinsipləri oldu.
Müharibədən sonra inkişaf planı və gələcək nəsillər üçün izlər buraxmış Vinston Çörçill Böyük Britaniya idarəetməsi üçün ən yaxşı siyasi lider idi. Müharibə dövründə ölkəsinin qalib çıxmasına və insanları ruhlandırmasına nail olub. Onun əsas siyasi idealları qətiyyət və liderlik idi. İdarəetmədə göstərdiyi qətiyyətlik onun yüksək qiymətləndirilməsinə səbəb olub.
Müqavimət lideri kimi tanınan Hindistan siyasi lideri Mahatma Qandi etik və əxlaqi prinsipləri ilə tarixdə iz qoyub. İnsan haqları və Hindistan uğrunda sülh yolu ilə mübarizəsi onu digər siyasi liderlərdən fərqləndirib.
Franklin Ruzvelt iqtisadi bərpa strategiyası və böhran idarəetməsi ilə tarixdə yaxşı liderlər arasında yer almış və ABŞ hakimiyyətində sözünü demiş liderlərdəndir. İqtisadi bərpa strategiyası ilə yeni proqram təşkil etdi və ABŞ-ı dərin iqtisadi böhrandan çıxartmağı bacardı. O siyasi və hərbi uğurlar əldə edərək indiki dövrlərdə də öz izini davam etdirib.
Sosial və iqtisadi sabitlik idealları ilə tanınan Almaniya siyasi lideri Angela Merkel hakimiyyəti dövründə Almaniyanı gücləndirib. Onun dövründə Almaniya güclü iqtisadiyatı ilə fərqlənirdi.
Avraam Linkoln vətəndaş müharibəsi dövründə ABŞ-ın Şimal və Cənubunu birləşdirməyə nail olub. Bu onun siyasi liderlik qabiliyyətinin göstəricisidir. Əxlaq və ədalət idealları ilə amerikalılara azadlıq hüququ verib.
İngiltərənin siyasi lideri və kraliçası II Elizabet dövlət və mədəniyyətin inkişafı, həmçinin zəkalı siyasi idarəetməsi ilə daim öndə idi. Onun strategiyaları nəticəsində İngiltərə siyasi qüvvəyə çevrilməyi bacardı.
Sadalanan bu və digər tarixi siyasi liderlər timsalında yaxşı liderlər təkcə ölkənin yüksəlişində deyil həm də cəmiyyətin tərəqqisində mühüm rol oynamışlar. Onlar xalqın səsini daim eşidərək rifah üçün ideallar yaratmışlar. Bütün liderlərin tək məqsədi “dünyanı yaxşı yerə gətirmək” idi.
Nurcan İsmayılova