Tramp Kolumbiyaya sanksiya tətbiq edəcək

Tarix: 19:31 27.01.2025
ABŞ Prezidenti Donald Tramp, nizamsız miqrasiyanı dayandırmaq üçün deportasiya etdiyi miqrantları qəbul etməyən Kolumbiyaya qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.
Tramp, Kolumbiyaya tətbiq edəcəyi gömrük rüsumlarını bir həftə ərzində 50 faizə qaldıracağını və Kolumbiya hökumətinin rəsmilərinə maliyyə və bankçılıq sanksiyaları tətbiq edəcəyini bildirib.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Natiq Miri bildirib ki, bir ölkəni bir vətəndaş tərk edirsə, demək ki, daha yaxşı yaşamaq və ya hansısa ciddi təhlükələr hiss etdiyi üçün bu ölkəni tərk edir:
"Bu baxımdan, Kolumbiya rejimi də hesab edir ki, zamanında ABŞ-yə miqrasiya etmiş vətəndaşlar geri qaytarıldığı təqdirdə müəyyən təhlükələr vəd edir. Bunların içərisində ABŞ-nin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən insanlar da vardır. Buna görə Kolumbiya, hər bir ölkədə olduğu kimi, bu məsələyə daha həssas davranmağa çalışır. Ancaq hər bir ölkə hər bir halda öz vətəndaşını qəbul etmək məcburiyyətindədir. Bunlar olmasa, Kolumbiya ABŞ-nin ciddi sanksiyalarına məruz qalacaq. Bu da, əlbəttə ki, arzuolunan deyil.
Bu sanksiyalar əlbəttə Kolumbiya ticarətinə ciddi təsir edəcək. Qiymətlərin qalxması cəmiyyətə təsir edəcək. Bu da rəqabətli problemlərin yaranmasına səbəb olacaq. Hər bir halda Tramp miqrantları öz ölkələrinə göndərdikdə, sadəcə beynəlxalq hüququ pozduğunu elan etmir. Düşünürəm ki, beynəlxalq hüquq pozuntusu mövcud deyil. Bir çox insanlar ABŞ-yə miqrasiya etdikdə rəsmi şəkildə dövlət qeydiyyatına alınmır. Qeyri-qanuni yaşayanların sayı da çoxdur. Və bu da insanların öz ölkələrinə dönmələrinə gətirib çıxaracaq".
Aygün Babayeva