Sosial mediada yaradılan gözəllik standartları -Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:59 27.01.2025
Sosial mediada yaradılan gözəllik standartları hər kəsdə müəyyən qədər özgüvən problemi və digər psixoloji narahatlıqlara səbəb ola bilir. Bu təsir ən çox gənclərə və yeniyetmələrə özünü göstərir.
Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında uşaq, yeniyetmə və yetişkin psixoloqu Ezgi Şahin bildirib ki, illər keçdikcə gözəllik anlayışları da dəyişir:
" Gözəllik anlayışları dəyişdiyi üçün hər ilin də gözəllik anlaşı fərqli olur. 1960- 1970-ci illərə baxsaq geniş burunun daha göz alıcı və gözəl göründüyü düşünülüb, indiki dövrdə isə daha dik burun istənilir. İnsanlar eyniləşməyi sevirlər. Fərqliliyin əslində gözəllik olduğunu qəbul etmirlər. Eyniləşməyə çalışırlar və bu bəzən ölümlə də nəticələnə bilir. Hədsiz dərəcədə edilən dolğular, əməliyyatlar sonrasında bədən dəyişir. O qədər anasteziya alırlar ki, bədən artıq anasteziyanı qəbul etməyə bilir".
Psixoloqun sözlərinə görə, bu tip insanlar "Bədən Dismorfik Pozuntu" adlanır:
"Bu bir psixoloji problemdir. Çünki Bədən Dismorfik Pozuntusu olan insanlar, 6 dəfə də burnunu əməliyyat etdirsə, yenə gedib bir qüsur tapa bilir. Bu pozuntu çox ağır psixoloji problemlərdən biridir. Üstünə düşülmədikdə, öz-özünə keçən problem deyil. Nəticələri ağır ola bilir".
Müsahibimiz sözlərində, mənfi təsirlərdən qorunmaq üçün edilməli olan davranışları da qeyd edib:
"Sosial şəbəkələrdə bu tipli şeylərə daha az baxmaq lazımdır. Və ya məsələn, bədənin şəkilləndirilməsi artıq ön plandadır. Bu hal artıq normal qarşılanır. Amma ilk edilən vaxtlar, hamı mənfi qarşılayırdı. Bunun səbəbi, biz sosial şəbəkələrdə bu halı o qədər izləyirik ki, beynimiz normallaşdırır və bizdə qəbul etmə anlayışı doğurur. Ona görə də, həm psixoloji dəstək, həm də sosial şəbəkələrdən daha məntiqli şəkildə istifadə bu hallar üçün daha yaxşı olacaqdır".
Aslanova Fatimə