Bank kartı oğurlanan şəxs hara müraciət etməlidir?-EKSPERT AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 20:39 27.01.2025
Son illərdə dünyanın bir çox ölkələrində kibercinayətlərin sayı artıb. Bunu əsasən bank kartlarından edilən oğurluqlarda görürük. Bu artıq ölkəmizdə də mövcuddur.
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov “informator.az” a açıqlamasında bildirib ki, bank vəsaitlərindən pul dələduzluq yolu ilə oğurlandıqda vətəndaş ilk növbədə polisə, müraciət etməlidir:
“Polis aidiyyatı üzrə icazələri alır və banka təqdim edir. Bank həmin cinayətlə bağlı məlumtları polis orqanına göndərir. Polisdə bu iş üzrə cinayyəti araşdırırlar. Cinayətkar tapıldıqdan sonra isə cinayətkar məhkəməyə sövq edilir. Vətandaşdan oğurlanan maliyyə məsələləri artıq məhkəmə predmenti ilə həll olunur. Əgər cinayət öx faktını taparsa, artıq lazımi tədbirlər görülür. Vətandaşın pulu geri qaytarılması istiqamətində işlər aparılır. Vətəndaşlar hər hansısa dələduzluğa məruz qaldıqda, polis orqanlarına, “sert.az” , yəni elektron təhlükəsizlik xidmətinə və digər aidiyyatlı orqanlara müraciət edə bilər”.
Kəmalə Vəliyeva