Amerikalılar Çinin son addımı ilə sərvət itirdi

Bölmə: Dünya › ,
Tarix: 19:16 28.01.2025

Çinli DeepSeek şirkəti, inkişaf etdirdiyi süni intellekt modeli ilə texnologiya sektorunda böyük təsir yaradır və ABŞ-ın çip istehsalçısı Nvidia-nın bazar dəyərinin 500 milyard dollardan çox azalmasına səbəb olub. Bu model, ən çox yüklənən süni intellekt tətbiqi ünvanını qazanaraq Qərb şirkətlərinin üstünlüyünü sual altına salıb.

 

ABŞ ŞİRKƏTLƏRİNİ GERİDƏ QOYDU

 

Çinli startapın, Google və OpenAI kimi rəqiblərinə nisbətən daha qısa müddətdə, aşağı maliyyət və az sayda çip istifadə edərək inkişaf etdirdiyi süni intellekt modeli qlobal miqyasda qısa müddətdə geniş istifadəyə başlayıb. Bu isə texnologiya səhmləri üzərində satış təzyiqinin artmasına səbəb olub. Model, tətbiq mağazalarında ABŞ mərkəzli ChatGPT-ni geridə qoyaraq ən çox yüklənən süni intellekt tətbiqi olub.

 

TRAMPTAN ÇİNLİ DEEPSEEK HAQQINDA AÇIQLAMA: “OYANMA ZAMANI GƏLDİ”

 

ABŞ Prezidenti Donald Tramp, Çin mərkəzli DeepSeek-in bazara təqdim etdiyi son süni intellekt modelini müsbət qiymətləndirib və bunun Amerika sənayesi üçün bir “oyanış çağırışı” olması lazım olduğunu ifadə edib. Tramp, Floridada partiya toplantısında Konqresdəki Respublikaçı üzvlərlə etdiyi çıxışında Çinli DeepSeek şirkətinin süni intellekt modelinə dair fikirlərini bölüşüb. Son günlərdə Çin şirkətinin daha sürətli və daha az maliyyətlə süni intellekt modeli inkişaf etdirdiyini oxuduğunu deyən Tramp, “Bu yaxşı bir şeydir, çünki bu qədər çox pul xərcləməyə ehtiyac qalmır”,-ifadəsini işlədib.

 

Mənbə: haberler

Aygün Babayeva