Fələstin Baş naziri Suriyada yeni administrasiyanın rəhbəri ilə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 19:56 28.01.2025

Fələstinin baş naziri Məhəmməd Mustafa Suriyanın paytaxtı Dəməşqdə yeni administrasiyanın lideri Əhməd Şara ilə görüşüb.

 

Açıqlamaya görə, Baş nazir Mustafa Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya səfər edən ilk Fələstin rəsmisi olub.

 

Baş nazir Mustafa Fələstin prezidenti Mahmud Abbasın salamlarını Dəməşqdə görüşdüyü Şara çatdırıb.

Bildirilib ki, səfərin məqsədi Fələstinin Suriya rəhbərliyinə və xalqına dəstəyini təsdiqləmək və Suriyadakı fələstinli qaçqınların vəziyyəti ilə bağlı koordinasiyanı müzakirə etməkdir.

Fələstinin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan Mustafa Fələstin və Suriya xalqları arasında köklü qardaşlıq münasibətlərinə diqqət çəkib.

 

Suriya bizim üçün vacib ölkədir və davamızı dəstəkləyir”.

 

Suriyanın mövcud çətinliklərin öhdəsindən gələcəyinə və gələcəyini quracağına ümid bəslədiklərini ifadə edən Mustafa deyib:

"Suriya bizim üçün mühüm ölkədir və davamızı dəstəkləyir. Biz israrla ölkənin sabitliyi və inkişafı üçün Suriyaya qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasını tələb edirik. Biz də Suriyanın Ərəb Liqasındakı mövqeyinə qayıtmasını istəyirik".

Fələstin Baş naziri Mustafa İsrail işğalına qarşı ərəb ölkələrinin sabitliyindən və inkişafından güc aldıqlarını bildirib.

Suriyanın ərazi bütövlüyü və milli birliyini dəstəklədiklərini vurğulayan Mustafa Fələstinin də ərazi bütövlüyü ilə müstəqil dövlət olmaq haqqının olduğunu bildirib.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova