Google Maps, Meksika Körfəzini Amerika Körfəzi olaraq göstərəcək
Bölmə: Dünya › ,Tarix: 22:34 28.01.2025
Google, Prezident Donald Trampın fərmanı əsasında Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb. Şirkət bildirib ki, bu dəyişiklik Coğrafi Adlar İnformasiya Sistemində (GNIS) rəsmi olaraq yeniləndikdən sonra Google Maps-də tətbiq olunacaq.
Google-un siyasətinə görə, dövlət mənbələrində təsdiqlənmiş ad dəyişiklikləri xəritələrə əlavə edilir. Trampın fərmanı Meksika Körfəzinin ABŞ iqtisadiyyatına verdiyi töhfələri vurğulayır və onun rəsmi olaraq “Amerika Körfəzi” adlandırılmasını tələb edir. Bundan əlavə, fərman 2015-ci ildə keçmiş Prezident Barak Obamanın Alyaskadakı Denali zirvəsinin adını McKinley olaraq dəyişməsini də nəzərdə tutur. McKinley adının geri qaytarılması Tramp tərəfindən Prezident McKinley-in həyatı və nailiyyətlərinə hörmət olaraq izah edilib. Google-un açıqlamasına görə, bu ad dəyişiklikləri yalnız ABŞ-dakı istifadəçilər üçün qüvvədə olacaq. Digər ölkələrdəki istifadəçilər həm Meksika Körfəzi, həm də Amerika Körfəzi adlarını görə biləcəklər. Şirkət, xəritə xidmətində yerli və qlobal istifadəçilərə uyğun adların göstərilməsinə önəm verdiyini bildirib.
Mənbə:CNN News
Aydan Quliyeva