Kanadanın Trampa “gömrük rüsumu” cavabı-İntiqam siqnalı gəldi

Bölmə: Dünya › ,
Tarix: 14:52 30.01.2025

İstefa verəcəyini açıqlayan Kanadanın baş naziri Castin Trudeau, ABŞ prezidenti Donald Trampın 25 faizlik gömrük rüsumu tətbiq edəcəyi təqdirdə Ottava hökumətinin “güclü və milli cavab” verəcəyini bildirib.

 

Trudeau X sosial media platformasında Trampın Kanada məhsullarına tətbiq etməyi planlaşdırdığı 25 faizlik gömrük rüsumu ilə bağlı açıqlama verib. Bu verginin tətbiq ediləcəyi təqdirdə Kanadanın bütün bölgələrinin təsirlənəcəyinə işarə edən Trudeau, əyalət liderləri ilə məsələni müzakirə etdiyini və səlahiyyətlilərin bunun qarşısını almaq üçün gecə-gündüz çalışdıqlarını ifadə etdi. Biz hamımız lazım gələrsə, güclü, milli cavab verməyə hazırıq" -, dedi.

 

Tramp vəzifəyə başladığı ilk gündə "Meksika və Kanada üçün 25 faizlik (tarif) dərəcəsini nəzərdən keçiririk. Düşünürəm ki, bunu fevralın 1-də tətbiq edəcəyik" deyib. Tramp ilk dövründə Kanadaya daha yüksək tariflər tətbiq edərkən, Ottava administrasiyası 2018-ci ildə ABŞ-a qarşı qisas olaraq milyardlarla dollar dəyərində yeni vergilər elan edib.

 

Mənbə: CNN Türk
Kəmalə Vəliyeva