Türkiyə Silahlı Qüvvələrindən qovulması tələb edilən leytenantlarla bağlı qərar gözlənilir

Bölmə: Dünya › ,
Tarix: 20:32 30.01.2025

Məzuniyyət mərasimlərində zabit andı oxuduqlarına görə Türkiyə Silahlı Qüvvələrindən xaric edilməsi tələb olunan leytenantlarla bağlı qərarın bu gün açıqlanması gözlənilir.

 

 Yanvarın 16-da Yüksək İntizam Qurumunda (YDK) leytenantlar Ebru Eroğlu, Batuhan Qazi Kılıç, Deniz Demirtaş, Talip İzzet Akarsu və Serhat Gündar yazılı və şifahi müdafiə ediblər.

 

 Milli Müdafiə Nazirliyi (MSB) mənbələri, mətbuata əks olunan açıqlamalarında, leytenantların işdən çıxarılması tələbi ilə bağlı YDK əsaslı qərarların 30 Yanvar iş saatının sonuna qədər tamamlanacağını və ictimaiyyətlə paylaşılacağını bildirib.

 Leytenantların vəkillərindən Serdar Öztürk daha əvvəl BBC Türkcəyə demişdi ki, 16 yanvarda müdafiə prosesi yaxşı keçib və YDK heyəti “son dərəcə nəzakətli” olub.

 Öztürk, "Uşaqların mənəviyyatları son dərəcə yüksəkdir. İntizamsızlıq və ya cinayət törətmədikləri üçün son dərəcə yaxşıdırlar",- deyən Öztürk, əsaslandırılmış qərarın 10 gün ərzində açıqlanacağını təxmin etdiklərini bildirib.

 Türkiyə Silahlı Qüvvələrindən qovulması tələb olunan leytenantların müdafiəsi: "Zabit andını oxumayacaqsan deyə kimsə əmr verməyib".

 

Mənbə :BBC News türkçe

Nigar Həsənzadə