Həkim məsləhəti olmadan qəbul edilən ağrıkəsicilər

Bölmə: Sosial › ,
Tarix: 18:02 30.01.2025

Bir həb, bir anlıq rahatlıq… və görünməyən təhlükə! İnsanlar ağrıdan qurtulmaq üçün həkim məsləhəti olmadan ağrıkəsicilərə üz tutur. Ağrıkəsicilərin əks təsirləri isə insanlara məlum deyil.

 

Məsələ ilə bağlı Tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a danışıb:

 

"Həkim məsləhəti olmadan nəyinki ağrıkəsici, ümumiyyətlə heç bir dərman qəbul edilməməlidir. Heç kim qonşunun, dost-tanışın məsləhəti ilə dərman istifadəsinə qərar verməməlidir. Çünki dərmanlar təsadüfi qəbul edildikdə daxili orqanlara ciddi ziyan vura bilər. Üstəlik, həkim olmayan biri hansı dərmanın hansı orqana necə təsir etdiyini bilə bilməz. Həkim təyinatı olmadan qəbul edilən ağrıkəsicilər ilk növbədə sinir sisteminə zərər vurur. Əgər orqanizmdə hər hansı bir nahiyədə iltihab varsa, həmin iltihab sinirləri qıcıqlandıraraq ağrıya səbəb olur. Xəstə bu zaman ağrıkəsici qəbul etsə də, iltihablı nahiyə müalicə olunmur, sadəcə ağrı müvəqqəti olaraq yox olur. Halbuki problemin kökü dərində ola bilər- əzələ, damar, qan dövranı və ya digər sistemlərdə patologiya mövcud ola bilər".

 

Mehriban Nəsibova