“Zəngəzur dəhlizinin açılması sülhə və regional əməkdaşlığa töhfə verəcək”-Politoloq Natiq Miri

Bölmə: Siyasət › ,
Tarix: 18:22 03.02.2025

Ermənistanın Baş naziri Nikol Paşinyan nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yenidən açıqlama verib. Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bu məsələni gündəmə gətirib və Azərbaycanın cavab gözlədiyini bildirib:

 

“Burada əsas məqam Ermənistanın sülh prosesinə yanaşmasıdır. Azərbaycan məsələyə kompleks yanaşır və kommunikasiyaların açılmasını sülh müqaviləsi ilə paralel proses kimi görür. Bakı üçün əsas şərt maneəsiz keçidin təmin olunmasıdır. Bu layihə Azərbaycanın, Türkiyənin eləcə də region dövlətlərinin maraqlarına uyğundur. Eyni zamanda, Ermənistan üçün də iqtisadi baxımdan yeni imkanlar yarada bilər. Lakin bunun üçün Ermənistanın sülh müqaviləsinə tam əməl etməsi və siyasi iradə nümayiş etdirməsi lazımdır.


Azərbaycanın ehtiyatlı yanaşması təbiidir. Çünki Ermənistanın bu təklif qarşılığında Azərbaycandan nə tələb edəcəyi tam bəlli deyil. Ona görə də Bakı bu məsələdə diqqətli və praqmatik mövqe tutur. Hazırki şəraitdə Zəngəzur dəhlizinin açılması təkcə iqtisadi deyil, həm də geosiyasi aspektdən əhəmiyyət daşıyır və bu prosesdə maneələrin tədricən aradan qaldırılması mümkündür”.

 

Xanım Ağamalıyeva