"ABŞ Qəzzanı ələ keçirəcək, qəzzalılar başqa yerdə məskunlaşmalıdır"
Bölmə: Dünya › ,Tarix: 19:46 05.02.2025
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Qəzzanı “ələ keçirəcək” və orada yaşayan insanlar başqa yerlərdə məskunlaşsınlar.
Qəzzanın onilliklər boyu “ölüm və dağıntı simvolu” olduğunu və bu gün “məhv meydanına” bənzədiyini söyləyən Tramp, Qəzzalıların indi alternativləri olmadığı üçün orada qaldığını iddia edib:
“Qəzza məsələsi indiyə qədər işləməyib. Mən Qəzza haqqında digərlərindən fərqli düşünürəm".
“Yaxşı, yeni, gözəl bir torpaq sahəsi alsınlar, bəziləri pul ödəyib onu tikib gözəl və yaşayışlı etsin.
Düşünürəm ki, başqa yerə ehtiyac var. Biz insanları daimi olaraq daha gözəl yerdə məskunlaşdıra bilərik".
Mənbə : BBC News türkçe
Nigar Həsənzadə