Ayın uzaq tərəfində Böyük Kanyon böyüklüyündə vadi formalaşıb
Bölmə: Maraqlı › ,Tarix: 20:24 05.02.2025
Təxminən 3.8 milyard il əvvəl Ayda iki nəhəng kanyon 10 dəqiqədən az bir müddətdə yaranıb, bu, yeni araşdırmalara əsasən, ehtimal olunur.
Bu qeyri-adi quruluşlar, hər biri Yerin Böyük Kanyonuna bərabər böyüklükdə, Ayın uzaq tərəfində - həmişə Yerdən uzaq üzündə - Ayın cənub qütbü yaxınlığında yerləşir. NASA-nın 2026-cı ilin sonlarında insanları endirməyi planlaşdırdığı Artemis III missiyası da bu əraziyə yönəlir.
Bu ay kanyonları daha böyük olan Schrödinger təsir hövzəsinin bir hissəsidir. Həmin hövzə milyardlarla il əvvəl hələ də müəyyən edilməmiş bir obyektin Ayla toqquşması nəticəsində yaranıb. Yeni araşdırmaya görə, bu böyük təsir kanyonların yaranmasına da səbəb olub. Bu barədə çərşənbə axşamı Nature Communications jurnalında dərc edilən tədqiqatda bildirilib.
Tədqiqat müəlliflərinin qiymətləndirmələrinə əsasən, kanyonların yaranmasına səbəb olan enerji, Panama Kanalının ikinci qolu üçün planlaşdırılmış nüvə partlayışının enerji miqdarından 1,200-2,200 dəfə daha güclü olub.
Gələcək missiyalar hövzəni ziyarət edərək qaya nümunələri götürə və alimlərin Ayın mənşəyi və tarixi haqqında daha yaxşı məlumat əldə etməsinə kömək edə bilər. Ayı öyrənmək həmçinin Günəş sisteminin erkən mərhələlərində asteroidlərin və digər qaya parçalarının planetlər və peyklərlə necə toqquşduğunu öyrənmək üçün də ipucları verə bilər.
“Erkən Günəş sistemindəki bombardmanların izləri Yerdən silinib”,- deyə araşdırmanın baş müəllifi, Lunar və Planetar İnstitutunun (Universities Space Research Association-a bağlı institut) baş elmi işçisi Dr. David Kring email vasitəsilə bildirib.
“Bu izlər eroziya, plitə tektonikası və digər geoloji proseslər ilə məhv edilib. Əgər biz təsir hadisələrinin erkən Yeri necə təsir etdiyini başa düşmək istəyiriksə, Schrödinger hövzəsi və onun kanyonları kimi Ayın yerlərindən nümunələr toplamalıyıq".
Mənbə: CNN
Nuray Qurbanlı