Xərçəngdə yeni müalicə üsulları həyat qurtarır

Bölmə: Maraqlı › ,
Tarix: 16:36 06.02.2025

Xərçəngin yayılma tezliyi artaraq hər 5 nəfərdən birinə təsir edir. Dünyada hər il 20 milyon yeni xəstə aşkarlanır, 10 milyon insan isə bu xəstəlik səbəbilə həyatını itirir. Mütəxəssislər bu rəqəmlərin 20 il ərzində 50% artacağını proqnozlaşdırır.

 

Ancaq tibb sahəsində irəliləyişlər və erkən diaqnoz sayəsində müalicə imkanları getdikcə yaxşılaşır. İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsinin Onkologiya Klinikasından Prof. Dr. Nebi Serkan Demirci yeni müalicə üsullarının effektivliyini vurğulayır.

 

Xərçəngdən qorunmaq mümkündür

 

Demirci, xərçəngin əsas səbəblərinin siqaret, alkoqol, yanlış qidalanma və fiziki hərəkətsizlik olduğunu bildirir. Sağlam həyat tərzi və erkən diaqnozla xərçəngin qarşısını almaq mümkündür. Türkiyədə fəaliyyət göstərən KETEM mərkəzlərində süd vəzi, prostat və bağırsaq xərçənginin erkən müayinəsi aparılır ki, bu da ölüm riskini xeyli azaldır.

 

Müalicə üsulları və yeni texnologiyalar

 

Xərçəngin müalicəsi mərhələsinə uyğun aparılır. Yeni görüntüləmə və gen analizləri ilə fərdiləşdirilmiş müalicə üsulları tətbiq edilir. Son illərdə “ağıllı dərmanlar” və “immünoterapiya” kimi müasir üsullar irəliləmiş mərhələdə belə müsbət nəticələr göstərir.

 

Məsələn, süd vəzi xərçəngi bəzi hallarda xroniki bir xəstəlik kimi nəzarətdə saxlanıla bilər. Evre 4 ağciyər xərçəngində yeni dərmanlarla sağ qalma müddəti 10 ilə qədər uzadıla bilir.

 

Yeni bir yanaşma olan “antikor-dərman konjugatları” isə kimyaterapiya və ağıllı dərmanların kombinasiyasından istifadə edərək şiş hüceyrələrini daha dəqiq hədəf almağa imkan yaradır.

 

Bu yeniliklər xərçəng müalicəsində daha uzun və keyfiyyətli həyat şansı verir.

 

Mənbə: TRT haber

Nərgiz Orucova