Qidalanmanın yüksək təzyiqə təsiri
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/4544856_1.jpg)
Tarix: 16:57 06.02.2025
Yüksək qan təzyiqi müasir cəmiyyətdə ümumi problemə çevrilib və ürək-damar sağlamlığına ciddi təsir göstərir. Nəzarət olunmazsa, infarkt, insult və digər xroniki xəstəliklərə yol aça bilər. Buna görə də qan təzyiqini tarazlaşdırmaq üçün balanslı, sağlam həyat tərzinə keçmək çox vacibdir. Düzgün qida seçimi etmək qan təzyiqini təbii yolla aşağı salmaq üçün təsirli bir strategiya ola bilər.
Bəzi qidalar, xüsusən də son illərdə aparılan araşdırmalar müəyyən qidaların yüksək təzyiqə nəzarətdə çox faydalı olduğunu ortaya çıxarıb. Bu qidalar nəinki təzyiqi aşağı salır, həm də müxtəlif vitamin və minerallarla zəngin olduğu üçün sağlamlığınıza müxtəlif yollarla fayda verir.
Lobya və mərci:
Onlar lif, maqnezium və kaliumla zəngindir. Bu səbəbdən qan təzyiqini tənzimləyən təsirli qidalar hesab edilirlər. Bundan əlavə, tədqiqatlar həftədə bir neçə dəfə lobya və mərci istehlakının qan təzyiqini və diastolik qan təzyiqini aşağı sala biləcəyini ortaya qoydu. Yeməklərinizə paxlalılar əlavə etmək qan təzyiqinə uyğun pəhrizin açarı ola bilər.
Antioksidantlarla dolu olan qaragilə, damar sağlamlığına fayda verən və qan axını yaxşılaşdıran müxtəlif təsirli antosiyaninləri ehtiva edir.
Hər gün bir ovuc qaragilə müntəzəm olaraq istehlak etmək qan təzyiqini nəzarət altında saxlamağa kömək edir, eyni zamanda ümumi ürək sağlamlığınıza dəstəkləyici təsir göstərir.
Mənbə: pembe nar
Nigar Səmədli