İngiltərə sahilləri yaxınlığında yük gəmisi ilə neft tankeri toqquşub

Bölmə: Dünya › ,
Tarix: 22:21 11.03.2025

30-dan çox insan xilas edilsə də, bir ekipaj üzvü itkin düşüb. Hadisə ilə bağlı 59 yaşlı bir şəxs səhlənkarlıq səbəbindən adam öldürmə şübhəsi ilə həbs edilib.

 

Portuqaliya bayraqlı Solong yük gəmisi, Yunanıstandan gələn və Hull limanında dayanmış ABŞ bayraqlı Stena Immaculate tankerinə çırpılıb. Toqquşma anında tanker dayanmış, Solong isə hərəkətdə olub. Şahidlər hadisənin qəfil baş verdiyini və dərhal alovların yüksəldiyini bildiriblər. Sıx dumanın qəzanı çətinləşdirdiyi ehtimal edilir. Hazırda Solong hələ də yanır və cənuba doğru sürüklənir. Stena Immaculate gəmisindəki yanğın isə böyük ölçüdə söndürülüb. 1 km-lik təhlükəsizlik zonası yaradılıb. İtkin düşən dənizçi tapılmayıb və axtarış dayandırılıb. Stena Immaculate ekipajı tamamilə xilas edilib, 36 nəfər sahilə gətirilib, biri xəstəxanaya yerləşdirilib.

 

Ətraf mühitə ciddi təhlükə yaradan yanacaq sızmasını məhdudlaşdırmaq üçün sahil mühafizəsi tədbirlər görür. Çirklənmənin qarşısını almaq üçün xüsusi avadanlıq və kimyəvi dispersantlar istifadə edilə bilər.

 

BBC News
Aydan Quliyeva