Almaniyada hava limanlarında uçuşlar yenidən başladı

Bölmə: Dünya › ,
Tarix: 22:16 11.03.2025

Almaniyada 24 saatlıq xəbərdarlıq tətilindən sonra uçuşların yenidən başladığı bildirilib.

 

Ölkədə 13 hava limanında keçirilən 24 saatlıq xəbərdarlıq tətilindən sonra bu səhər hava nəqliyyatı bərpa olunub. Ölkənin ən böyük hava limanlarından biri olan "Frankfurt Hava Limanı" uçuş əməliyyatlarının səhər saat 05:00-dan etibarən normal qaydada davam etdiyini açıqlayıb. "Berlin Hava Limanında" isə uçuşlar səhər saat 05:30-da başlayıb.


Bənövşə Zahidli

Haber Global