"Sağlamlığımız öz əlimizdədir" – Sağlam Gələcək Naminə QHT koalisiyasının maarifləndirici tədbiri
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/1998931_c.jpg)
Tarix: 22:46 09.02.2025
9 fevral tarixində "Sağlam Gələcək Naminə" QHT Koalisiyası tərəfindən "Sağlamlığımız öz əlimizdədir" adlı tədbir keçirildi. Tədbirdə koalisiyanın təşəbbüs qrupunun üzvü, yoqa terapevt Yana Məmmədova sağlam və pozitiv düşüncənin sağlamlığa təsiri, fiziki və psixoloji sağlamlıq üçün düzgün nəfəs almanın vacibliyi barədə məlumat verdi. O, həmçinin düzgün nəfəs texnikalarını izah edərək əyani şəkildə metodlar nümayiş etdirdi.
Tədbir "Sağlam Gələcək Naminə" QHT Koalisiyasının üzvü olan "Cığır" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Kitab bağı"nda baş tutdu. Möhtəşəm "Kitab bağı" kafesi sosial sahibkarlıq müəssisəsi kimi fəaliyyət göstərir. Bu məkan gənclər və kitabsevərlər üçün xoş ünsiyyət və müsbət atmosfer yaradaraq, həm öz xərclərini, həm də “Salam Yurdu” Təlim-Tədris Mərkəzinin fəaliyyətini maliyyələşdirmək məqsədi daşıyır.
Bundan əlavə, "Kitab bağı"nda çalışan həssas qrupdan olan gənclər burada kommunikasiya bacarıqlarını inkişaf etdirməklə yanaşı, yeni dostlar qazanır və dəyərli təcrübələr əldə edirlər.
![](/sekil.php?w=343&h=206&zc=1&src=/upload//202502/1998931_c.jpg)
9 fevral tarixində "Sağlam Gələcək Naminə" QHT Koalisiyası tərəfindən "Sağlamlığımız öz əlimizdədir" adlı tədbir keçirildi. Tədbirdə koalisiyanın təşəbbüs qrupunun üzvü, yoqa terapevt Yana Məmmədova sağlam və pozitiv düşüncənin sağlamlığa təsiri, fiziki və psixoloji sağlamlıq üçün düzgün nəfəs almanın vacibliyi barədə məlumat verdi.