Kremldən Trampın Qəzza planı ilə bağlı "səbirli olmalıyıq" mesajı

Bölmə: Dünya › ,
Tarix: 17:30 10.02.2025

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı açıqlama verib. Peskov ABŞ prezidenti Trampın Qəzzanı 'ələ keçirmək' və orada yaşayan fələstinliləri zorla köçürmək planına gəlincə, "Burada tutarlı bir fəaliyyət planı varsa, təfərrüatları gözləmək lazımdır",- deyib.

 

Qəzzada təxminən 1 milyon 200 min fələstinlinin yaşadığını vurğulayan Peskov, "Bu ən böyük sualdır. Bu insanlara Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları ilə dövlət həlli vəd edildi. Burada çoxlu suallar var. Hələlik detalları bilmirik. Bu mövzuda bir az səbirli olmaq lazımdır",- dedi.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova