Yedikdən sonra yuxu hissi- həlli üçün nələr edilməlidir?

Bölmə: Sosial › ,
Tarix: 15:32 10.02.2025

" İnsanlar düşünürlər ki, biz yeyirik, daha yaxşı oluruq, bu düzgün fikir deyil".

 

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, insan gündə nə qədər enerji itirirsə, ona uyğun qida qəbul etməlidir:

 

"Gün ərzində qidalanan zaman ancaq, ət yemək olmaz. "Yeyirəmsə, doymalıyam" yanlış fikirdir. "Bu yeməyi xoşlayıram çox yeməliyəm" bu da yanlışdır. Göy-göyərti, qatıq, süd, ət bunların hər biri bədənə lazımdır. Səhərlər yaxşı qida qəbul etmək lazımdır. Doymaq hissinə qədər, doymağa yaxın dayanmalıyıq. Günorta da eyni şəkildə yemək lazımdır, axşama yaxın səhər və günortadan nisbətən az qida qəbul etməliyik. Buna bədəni vərdiş etdirmək lazımdır. Dediyimiz kimi, insan özünün həkimidir".

 

Həkimin sözlərinə görə, qidalanan zaman, həmişə göy-göyərtini, meyvələri əvvəlcə yemək lazımdır:

 

"Bu vitaminin yaranması üçün əhəmiyyətlidir. Biz elə qidalanmalıyıq ki, qəbul etdiyimiz qidalar bizi yatızdırmasın".

 

Nigar Səmədli