"Biz genişmiqyaslı iqtisadi müharibənin içindəyik"

Bölmə: Dünya › ,
Tarix: 17:16 10.02.2025

İran prezidenti Məsud Pezeşkiyan ölkəsinin genişmiqyaslı iqtisadi müharibə içərisində olduğunu və ABŞ administrasiyasının tətbiq edilən təzyiqlərlə danışıqlarda səmimi olmadığını bildirib.

 

Pezeşkiyan paytaxt Tehranın Azadi meydanında keçirilən inqilabın 46-cı ildönümündə çıxış edib.

 

Çıxışında ABŞ-nin təzyiq və təhdidlərinə işarə edən Pezeşkiyan, "Düşmənlər İranın zəiflədiyi zehniyyəti yaratmaq istəyirlər, lakin Rəhbərin (İran lideri Ayətullah Əli Xamenei) müdrikliyi və nəzakəti və xalqın meydanda olması ilə onların arzuları gerçəkləşməyəcək. İran xalqı tiranlığa qarşı duracaq və düşmənçiliyin bəhrəsi olmayacaq",- dedi. 

Pezeşkiyan ABŞ prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra İranla danışıqlara çağırışına işarə edərək, eyni zamanda Tehrana “maksimum təzyiq” nəzərdə tutan qərarı imzalayaraq, “Tramp İranla danışıqlar aparmaq niyyətindən danışır və eyni zamanda fərman imzalamaqla beynindəki sui-qəsdləri ortaya qoyur”,- deyib. 

 

Mənbə: CNN Türk

Nərmin Həşimova