"Ukrayna istənilən sülh danışıqlarında “əlbəttə” iştirak edəcək"

Tarix: 22:27 13.02.2025
Ukrayna prezidenti Vladimir Zelenski dünya liderlərinə “Putinin müharibəni bitirməyə hazır olması ilə bağlı iddialarına inanmamaq barədə” xəbərdarlıq etdiyini bildirib. Bu, Kremlin Ukraynanın istənilən sülh sazişi danışıqlarında “əlbəttə” iştirak edəcəyini təsdiqləməsindən sonra baş verir Donald Tramp çərşənbə günü Vladimir Putinlə danışıb və Ukrayna müharibəsini dayandırmaq üçün danışıqların “dərhal” başlaya biləcəyini bəyan edib.
NATO-nun Brüsseldəki görüşündən sonra ABŞ-nin müdafiə naziri Pit Heqset deyib ki, sülh danışıqları nə Moskvanın, nə də Kiyevin istəmədiyi elementləri əhatə edəcək, NATO-nun baş katibi Mark Rutte isə deyib ki, Putin Ukraynanın “daha bir kvadrat milini” tuta bilməməlidir. Daha əvvəl Tramp demişdi ki, indi müharibəni bitirmək üçün “yaxşı imkan” var. Rusiya Krımı birtərəfli şəkildə ilhaq etdikdən səkkiz il sonra, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlayıb.
Mənbə: BBC news
Məryəm Zaliyeva