Ukrayna Müharibəsi və Avropanın Təhlükəsizlik Təhdidləri

Bölmə: Dünya › ,
Tarix: 19:59 24.02.2025

Gözlənilməz hadisələrin üstünlük təşkil etdiyi bu müharibədə az adam təsəvvür edirdi ki, Ukraynadakı dördüncü il bütün Avropanın təhlükəsizliyini bu qədər ciddi sual altına alacaq.

 

Bu müharibədə ən əsas prinsiplər darmadağın olub. Rusiyanın hərbi supergüc statusu zəifləyib, Kreml daxilindəki elita isə bir üsyanı dəf etməyi bacarıb. Dronlar döyüş strategiyasını birdəfəlik dəyişdirib və tank anbarlarını demək olar ki, yararsız hala salıb.

 

Birləşmiş Ştatlar artıq mənəvi baxımdan dəstək verən bir müttəfiqdən, Kiyevin resurslarını faydalanmaq üçün istifadə edən bir aktora çevrilib. Ukrayna prezidenti fiziki olaraq sağ qalsa da, Vaşinqtonun yeni administrasiyası tərəfindən təqdim edilən hadisələrin yenidən yozulmuş versiyası ilə mübarizə aparmalı olur. Halbuki cəmi bir ay əvvəl Ağ Ev onun ən güclü dəstəkçisi idi.

 

ABŞ müdafiə naziri Piter Hegsethin Brüsseldə verdiyi bəyanat, ABŞ-ın artıq Avropanın təhlükəsizliyinin təminatçısı olmadığını bildirməsi, son səksən ilin normativlərini alt-üst edib. Ola bilsin ki, bu, Avropanın müdafiə xərclərini artırmaq üçün bir blöf idi, amma nüvə təhlükəsizliyində blöf etmək olmaz.

 

CNN

Nuray Qurbanlı