Rus bölmələrində Ədəbiyyat fənninin tədrisi necə həyata keçiriləcək?

Bölmə: Sosial › ,
Tarix: 14:11 14.02.2025

Məktəblərin rus bölməsində tədris olunan Azərbaycan tarixindən sonra ədəbiyyat fənninin də ana dilində keçiriləcəyi xəbəri məktəblilər və valideyinlər arasında müzakirəyə səbəb olub.

 

“Müasir, müstəqil dövrümüzdə Azərbaycan vətəndaşları öz dillərini yaxşı bilməlidirlər", - nazir deyib.

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov "informator.az"a açıqlamasında bildirib ki, Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da media üçün üçün keçirilən brifinq zamanı rus bölməsində ədəbiyyat fənninin də Azərbaycan dilində keçiriləcəyi qərarını alıb:

 

"Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən təhsil müəssiələrində Qeyri-Azərbaycan bölməsində oxuyan şagirdlərin sayı azlıq təşkil edir. Rus bölməsində təhsil yalnız azsaylı rusdilli ölkə vətəndaşları üçün nəzərdə tutulur. Amma son dövrlərdə demək olar ki, bu bölmədə daha çox azərbaycanlı ailələrin övladları təhsil alır. Rus bölmələrinə ədəbiyyatla yanaşı Azərbaycan tarixi, Zəfər tarixi , Çağırışa qədərki hazırlıq fənnləridə Azərbaycan dilində keçirilməyə başlanılıb.

Qeyri -Azərbaycan bölmələrində oxuyan şagirdlərə Azərbaycan dilində dərslərin keçirilməsi onlara ciddi problem yaratmayacaq. Çünki Qeyri-Azərbaycan bölmələrində oxuyan şagirdlərin çoxu məhz elə azərbaycanlıdır. Əgər ki, valideyn övladının təhsilinin rus dilində və yaxud ingilis dilində aparılmasını istəyirsə , bu zaman ödənişli təhsildən yararlana bilər".

 

Məryəm Zaliyeva