Mirziyoyev və Putin strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:54 24.02.2025

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "informator.az"a açıqlamasında bildirib ki, söhbət Braziliya və Argentina arasındakı münasibətlərdən getmir. Burada Rusiya və Özbəkistan arasındakı iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıqdan bəhs olunur:

"İlk növbədə enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilə bilər. Rusiya neft, qaz və elektrik enerjisi sahəsində yeni layihələrlə çıxış edə, Özbəkistan bazarına ya investor kimi daxil ola, ya da podratçı qismində fəaliyyət göstərə bilər. Xüsusilə enerji sektorunda Özbəkistanın potensialı və tələbatı bu istiqamətdə iş birliyini aktuallaşdırır. Orta Dəhliz və digər tranzit marşrutlarının bır-biri ilə uzlaşdırılması mükün ola bilər. Lakin bu istiqamətdə istənilən addım Qazaxıstanla razılaşdırılmalıdır. Belə ki, Rusiya və Özbəkistanın birbaşa sərhədi olmadığından, Qazaxıstan vasitəçi rolunu oynayır. İqtisadi sahədə əməkdaşlıq daha çox idxal-ihracat münasibətlərinə dayanır. Özbəkistan Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edir və eyni zamanda Rusiyadan bir sıra mallar idxal edir. Gələcəkdə bu istiqamətdə yeni iqtisadi sazişlərin bağlanması mümkün ola bilər. Bu sazişlər istər özəl sektor, istərsə də dövlət şirkətləri arasında imzalana bilər".

 

Müsahib qeyd edib ki, siyasi sahədə əməkdaşlıq da aktual məsələlərdəndir. Hazırda beynəlxalq arenada Rusiyanın dəstəyə ehtiyacı var və Özbəkistanın bu istiqamətdə rəsməi Moksva ilə yaxın işbirliyi qurması mükün ola bilər:

 

"MDB, KTMT və Şərq Əməkdaşlıq Təşkilatı kimi platformalar çərçivəsində ortaq addımlar atıla bilər. Təhlükəsizlik sahəsində Özbəkistanın Əqanıstanla sərhədinin olması və regionda təhdidlərin artması Rusiyanın bu istiqamətdə tərəfdaş kimi fəaliyyətini aktuallaşdırır. Rusiya bu istiqamətdə öz təcrübəsini bölüşə, sərhəd mühafizə sistemləri qura və özbək hərbçilərinə təlimlər keçə bilər. Xüsusilə terrorizmə və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə bu iki dövlətin prioritet istiqamətlərindəndir. Rusiya və Özbəkistan arasındakı tarixi əlaqələr və mövcud iqtisadi asılılıqlar gələcəkdə əməkdaşlığın daha da dərinləşməsinə səbəb ola bilər. Özbəkistanın güclənən sənaye potensialı və Rusiyanın bu sahədəki ehtiyacları iki dövlət arasındakı ticarət və iqtisadi işbirliyinin daha da artmasına şərait yarada bilər. Bu münasibətlərin gələcəyi isə regionda baş verən hadisələr, beynəlxalq siyasi proseslər və Rusiya-Özbəkistan strateji maraqlarının necə formalaşmasından asılı olacaq".


Aydan Quliyeva