Apple ABŞ-da 500 milyard dollar yatırım edəcəyini açıqladı

Tarix: 16:45 24.02.2025
Apple, Çin idxalına tətbiq olunan yeni tariflərdən qaçmaq məqsədilə növbəti dörd il ərzində ABŞ-da 500 milyard dollar yatırımı genişləndirmək niyyətində olduğunu açıqlayıb. Şirkət, bu yatırımların 20,000 yeni iş yeri yaratmağa kömək edəcəyini bildirir.
Əvvəlki günlərdə ABŞ Prezidenti Donald Trump, Çinlə ticarətdə tətbiq edilən 10% tariflərdən sonra Apple-ın bu böyük yatırım planını açıqladığını bildirib. Apple, son illərdə Çində istehsal problemləri ilə üzləşdikdən sonra tədarük zəncirini genişləndirib və artıq istehsalının bir hissəsini Hindistan və Vyetnamda artırıb.
Yeni yatırımlar arasında Texasda Mac Pro kompüterlərinin istehsalı, Houston şəhərində server istehsalı üçün zavod qurulması və ABŞ-nin müxtəlif ərazilərində data mərkəzləri tikilməsi yer alır. Apple, həmçinin, Detroytda kiçik və orta ölçəkli müəssisələr üçün süni intellekt və ağıllı istehsal texnologiyalarının tətbiqi üzrə akademiya quracaq. Bu investisiyalar, şirkətin gələcəkdə daha çox məhsul istehsalını ABŞ-da həyata keçirməsini təmin edəcək.
CNN News
Aydan Quliyeva