Rusiya Çernobılı vurdu

Tarix: 15:14 14.02.2025
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın Çernobıl Atom Elektrik Stansiyasına dronla hücum etdiyini açıqlayıb. Beynəlxalq Atom Enerjisi Agentliyi stansiyada baş verən partlayışdan sonra radiasiya səviyyəsinin normal olduğunu bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski, bir Rusiya dronunun gecə boyu davam edən hücumları nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının radiasiya bölməsinə ciddi ziyan dəydiyini bəyan edib.
Yanğın söndürüldü
Zelenski, Rusiya pilotsuz uçuş aparatının stansiyada zədələnən enerji blokunu vuraraq yanğına səbəb olduğunu və yanğının daha sonra söndürüldüyünü açıqlayıb.
4-cü reaktoru qoruyan struktur zədələnib
Hücum zamanı stansiyanın dağıdılmış 4-cü reaktorunu qoruyan quruluşun zədələndiyini bildirən Zelenski, bu səhər etibarilə radiasiya səviyyəsində artım olmadığını da qeyd edib.
Radiasiya səviyyəsi normaldır
Beynəlxalq Atom Enerjisi Agentliyi də hücumdan sonra radiasiya səviyyəsinin normal olduğunu açıqlayıb.
Mənbə: Haberler
Aygün Babayeva