Uğur Nərdivanı

Tarix: 16:48 14.02.2025
Elm və bilik insanı zirvəyə aparan ən güclü silahdır. Bu həqiqəti bir daha sübut edən Sabirabad Rayon Çığırğan kənd Şəhid Cəlal Xəlilov adına tam orta məktəbinin şagirdləri – Toğrul və Hüseyn qardaşları oldu. Onlar Avropa kurslarının təşkil etdiyi sınaq imtahanında böyük uğur qazanaraq, bilik yarışında parlaq nəticələr göstərdilər.
Toğrul 529 bal toplayaraq birinci yerə yüksəldi və zirvəni fəth etdi. Onun ardınca isə 411 balla qardaşı Hüseyn ikinci yerin sahibi oldu. Bu qələbə təkcə onların deyil, bütün məktəbin uğuru sayıldı.
Məktəbdə qardaşların şərəfinə xüsusi mükafatlandırma mərasimi təşkil olundu. Tədbirdə məktəb kollektivi, müəllimlər və şagirdlər iştirak edərək onların sevincini bölüşdü. Sonda isə bu unudulmaz anları əbədiləşdirmək üçün xatirə şəkli çəkildi.
Gənclərin bu uğuru sübut edir ki, zəhmət, əzm və bilik insanı həmişə irəli aparır. Bu nailiyyətlər daha böyük zəfərlərin başlanğıcı olsun !
Mayıl Soltanov