Vance: ABŞ, Rusiya ilə Sülh Razılaşması Olmasa, Təzyiq Göstərə Bilər

Tarix: 17:49 14.02.2025
ABŞ-nin vitse-prezidenti JD Vance cümə axşamı xəbərdarlıq edib ki, əgər Rusiya lideri Vladimir Putin Ukrayna ilə sülh razılaşmasını yaxşı niyyətlə müzakirə etməsə, Birləşmiş Ştatlar Rusiyaya qarşı iqtisadi və hərbi "təzyiq alətləri" tətbiq edə bilər.
Wall Street Journal-a verdiyi müsahibədə Vance bildirib ki, ABŞ qoşunlarını Ukraynaya göndərmək seçimi də "müzakirə mövzusu"dur və əgər sülh razılaşması Kiyevin uzunmüddətli müstəqilliyini təmin etməzsə, iqtisadi sanksiyalar tətbiq oluna bilər.
“Burada iqtisadi təzyiq alətləri var, əlbəttə ki, hərbi təzyiq alətləri də var”, - deyə Vance qəzetə bildirib.
Onun sözləri Ağ Evdən verilən digər son bəyanatlarla fərqli bir mövqe ortaya qoyur – o cümlədən ABŞ Prezidenti Donald Trampın bu həftə verdiyi açıqlamada Ukraynanın "günlərin birində Rusiyaya aid ola biləcəyini" söyləməsi və dərhal sonra Putinlə telefon danışığı apardıqdan sonra sülh danışıqlarının başlayacağını elan etməsi.
Vance-in bəyanatı həmçinin Müdafiə Naziri Pete Hegsethin mövqeyi ilə də ziddiyyət təşkil edir. Hegseth bu həftə NATO müttəfiqlərinə bildirib ki, ABŞ artıq Avropa və Ukraynanın təhlükəsizliyinə prioritet verməyəcək. O əlavə edib ki, Ukrayna ilə Rusiya arasında hər hansı bir razılaşmanın təmin edilməsi üçün Avropa və qeyri-Avropa qoşunları iştirak edəcək, lakin amerikalılar iştirak etməyəcək.
CNN
Nuray Qurbanlı