“Tramp bir tərəfdən Rusiyaya kökə göstərir, digər tərəfdən dəyənək göstərir”-ŞƏRH

Tarix: 21:48 17.02.2025
ABŞ prezidenti Co Bayden dövründə- 2020-2024-cü illərdə ABŞ- Rusiya münasibətləri gərgin idi. Bayden Rusiya ilə münasibətləri nizama salmaq niyyətində olmayıb. O, Rusiyaya qarşı yeni-yeni sanksiyalar tətbiq etmək , yəni düşmən mövqeyindən çıxış edirdi.
Lakin ABŞ-nin yeni prezidenti Donald Tramp sanki Rusiya ilə ABŞ gərginliyini bərpa etməyə çalışır. Tramp daha çox Rusiya-Ukrayna müharibəsinin tərəflərin sülh yolu həll etməsinə çalışır. Ötən gün Trampla Putin arasında telefon danışığı baş tutdu. Gələn həftə isə Səudiyyə Ərəbistan görüşəcəklər. Tramp , hətta Ukrayna prezidenti Zelenski ilə də danışıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “informator.az”a açıqlamasında bildirib ki, Amerikada hakimiyyət dəyişikliyindən sonra Trampla Co Baydenin məsələlərə baxışında, o cümlədən Rusiyaya münasibətdə ciddi fərqlər ortaya çıxmaqdadır:
“Bayden Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırışlar edirdisə, Tramp fərqli yol tutdu. Tramp dönəmində Rusiya-Ukrayna savaşının bitəcəyi artıq konkretləşir. Sanki Tramp Rusiyanın maraqlarından çıxış edir kimi və Ukraynanın əleyhinə mövqe sərgiləyir. Bütün hallarda Ukrayna ərazilərinin işğal altında qalmasına razı olacaq. Çünki Amerikanın da mövqeyi ondan ibarətdir ki, Rusiya işğal etdiyi ərazilərdə qalsın.
Tramp Amerikanın maraqlarından çıxış edir. Bu savaşı bitirməklə, əsas moderator rolunu oynamağa çalışır. Həm Rusiyadan, həm də Ukraynadan müəyyən güzəştlər əldə etməyə çalışır. Danışıqların ilkin raundu Səudiyyə Ərəbistanda başlayacaq. Bu komanda üzvlərinin , liderlərin görüşünə hazırlıq kimi dəyərləndirilməlidir. Verilən açıqlamalar tam mənada tərəflərin mövqeləri nədən ibarət olduğunu deməyə tam şəkildə əsas vermir. Çünki Trampın və onun komanda üzvlərinin çox ziddiyyətli bir bəyanatlarını görürük.
Rusiyaya xəbərdarlıq etdi ki, əgər danışıqlara gəlməyəcəklərsə, o , Rusiyanı məhv edəcəyini bildirdi. Yəni qeyri-standart bir lider tipi olaraq Trampın nələr edəcəyini və nə düşündüyünü indidən bilmək çox çətindir. Amma bütün hallarda, Ukraynanın müəyyən itkiləri olacağı görünür. Çünki faktiki olaraq Rusiyanı həmin ərazilərdən çıxarmaq imkansız görünür. Amma Rusiya tərəfi Putin maksimalist mövqe sərgiləyəcəksə, onda Trampın bu prosesə mövqeyi də dəyişə bilər. Rusiyaya qarşı daha ağır sanskiyalar edə bilər. Ukraynaya da ciddi dəstək verilə bilər”.
Kəmalə Vəliyeva