"Qarabağ"ın doğma meydanda ilk heç-heçəsi

Bölmə: İdman › ,
Tarix: 22:16 22.02.2025

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib.

 

Əliyar Ağayevin baş hakimi olduğu oyunda hesabı meydan sahibləri açıblar. Görüşün 17-ci dəqiqəsində Fransalı futbolçu Abdullah Zoubir "Bəyquşlar"ın qapısına yol tapıb. Bu qoldan sonra hesaba tarazlıq gətirmək üçün irəli atılan "Sabah" istəyinə 35-ci dəqiqədə çatıb. Qonaqların heyətindən Jesse Sekidika hesabı bərabərləşdirib. İkinci hissədə tərəflər ard-arda hücumlar təşkil etsələr də, oyunda başqa qol vurulmayıb. Beləliklə, "Qarabağ" - "Sabah" matçı 1-1 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, hazırda Premyer Liqaya "Qarabağ" 57 xalla liderlik edir. Aktivində 33 xal olan "Sabah" isə 5-ci sırada qərarlaşır.


Məmmədli Maarif