Azərbaycanı gözü götürməyənlər onu beynəlxalq aləmdə qaralamağa çalışır-POLİTOLOQDAN ŞƏRH

Tarix: 19:59 22.02.2025
Hər bir dövlətin beynəlxalq imicini müəyyən edən onun daxili və xarici siyasəti, həmçinin xarici aləmdə nümayiş etdirdiyi mövqeyidir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib. Şərhçinin sözlərinə görə, Azərbaycanın xarici aləmdə mövcud imici, reytinqi nüfuzu kifayət qədər yüksək dəyərləndirilir:
“Bir çox ölkələrin nümayəndələrinin də Azərbaycana dair düşüncələri müsbət yöndə formalaşıb. Macarıstan, Serbiya, o cümlədən Bosniya kimi ölkələr çıxışlarında Azərbaycanın siyasi rəhbərliyi barədə yüksək fikirlər səsləndirirlər”.
Politoloqun sözlərinə görə, beynəlxalq aləmdə Azərbaycan dövlətinin gördüyü işlər xalqların, bir ölkələrin, hətta bir çox regionların fəaliyyətində də mühüm əhəmiyyət kəsb edir:
“Həmçinin, Cənub Qaz Dəhlizi Məsələn, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ölkəmizə nüfuz gətirir. Hər bir dövlət, xalq və cəmiyyət beynəlxalq proseslərdə iştirak edirək, ölkələrin imicinin beynəlxalq aləmdə daha artmasına kömək edir”.
Şərhçi bildirir ki, Azərbaycana qarşı əks mövqedə dayanan, gözü götürməyənlər tərəflər Azərbaycanı kölə kimi qələmə verməyə çalışırlar:
“Onlar elə bir görüntü yaratmaq istəyirlər ki, güya Azərbaycan müstəmləkə formasında özünü ifadə edən dövlətdir. Nə müstəmləkəçilik, nə də imperiya siyasətini Azərbaycan birmənalı şəkildə dəstəkləmir”.
T.Abbasov müstəmləkəçilik tendensiyalarından əziyyət çəkən xalqlara, ada ölkələrinə ölkəmiz dəstək addımlarını da ön plana çəkib:
“COP29 ərəfəsində Azərbaycanda ilk dəfə 10 ölkənin iştirakçılığı ilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammiti keçirildi. Bu ölkələr yığcam, həmçinin əhali baxımdan azlıq təşkil etmələrinə baxmayaraq, baş verən proseslərdə öz münasibətlərini daim bildirmək istəyiblər. Məhz Azərbaycan Cop 29 çərçivəsində 10 ölkənin iştirakçılığı ilə baş tutan zirvə görüşündə həmin ölkələrə öz səslərini beynəlxalq aləmdə çatdırmaq üçün şans verdi”.
Ekspert Azərbaycanın Qoşulmama Hərəkatı dönəmində həyata keçirilən layihələrdən də söz açıb:
“Qoşulmama Hərəkatı çərçivəsində ölkəmiz yeni institutlar, parlament şəbəkəsi, gənclər fəaliyyəti ilə bağlı komitə və digər strukturların yaradılması istiqamətində əsaslı addımlar atıb. Həmçinin, ölkəmiz COVID-19 pandemiyası dönəmində 40-dan çox zərər çəkən ölkələrə donor dəstəyi, sponsor fəaliyyət ilə bağlı yardımlar göstərilib”.
Şərhçi bildirir ki, Azərbaycanı gözü götürməyənlər onu beynəlxalq aləmdə qaralamağa çalışır:
“Beynəlxalq imicdə bütün xalqların, o cümlədən milli cəmiyyətlərin işlək vəziyyəti mühüm rol oynayır. Baş tutan bütün işlərdə qarşılıqlı anlaşma olduqca vacibdir”.
T.Abbasov sonda əlavə edir ki, anlaşma məhz etimad əsasında formalaşır:
“Ölkəmiz daim dialoq tərəfdarı olduğunu bildirməklə bərabər, bunu atılan addımlarda sübut edib. Məhz dialoq nəticəsində Azərbaycan dövləti beynəlxalq miqyasda öz imicini formalaşdırmağa nail olub”, - deyə şərhçi yekunlaşdırıb.
Yusif Əsədov