Trampdan Maska diqqətçəkən tələb: Daha aqressiv olun

Bölmə: Dünya › ,
Tarix: 21:56 22.02.2025

ABŞ Prezidenti Donald Tramp, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəsmisi Elon Maskın işində "daha aqressiv" olması lazım olduğunu söylədi.

 

DOGE çərçivəsində dövlət qurumlarının təftişi və nəzarəti üçün daha çox səy göstərilməsi lazım olduğunu vurğulayan Tramp, "Elon əla iş görür. Amma onun daha aqressiv olmasını istəyirəm",-dedi.

"Unutmayın, bizim xilas edilməsi lazım olan bir ölkəmiz var. Amma biz onu sonda həmişəkindən daha böyük etməliyik", - Tramp deyib.

 

Mənbə: a haber
Nərmin Həşimova