Fransada bıçaqlanma nəticəsində bir nəfər ölüb

Tarix: 22:35 22.02.2025
Fransanın şərqindəki Müluz şəhərində bıçaqlı hücum nəticəsində bir nəfər ölüb, ən azı iki polis əməkdaşı ağır yaralanıb.
37 yaşlı əlcəzairli şəxs hadisə yerində həbs edilib və prokuror şübhəlinin "Allahu Əkbər" və ya "Allah böyükdür" deyərək qışqırdığı üçün terrorla bağlı araşdırma açıb.
Həmin şəxs biri boyun, biri sinəsindən olmaqla iki polis əməkdaşını ağır yaralayıb. Müdaxilə etməyə çalışan mülki şəxs bıçaqlanaraq öldürülüb.
Makron həlak olanın ailəsinə başsağlığı verdikdən sonra deyib: “Hökumətin və mənim torpaqlarımızda terrorizmin kökünü kəsmək üçün işi davam etdirmək əzmini bir daha qeyd etmək istəyirəm”.
Daxili işlər naziri Bruno Retallonun şənbə günü axşam saatlarında hadisə yerinə baş çəkəcəyi gözlənilir.
Mənbə: BBC News
Nərmin Həşimova