“HƏMAS-ın qərarı Fələstin siyasətində yeni mərhələnin başlanğıcı ola bilər”

Bölmə: Siyasət › ,
Tarix: 22:00 17.02.2025

HƏMAS Qahirədəki danışıqlarda Qəzza zolağını Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib, lakin bəzi şərtlər irəli sürüb

 

Məsələ ilə bağlı siyasi şərhçi Tural İrfan "informator.az"a açıqlamasında bildirib ki, bu proses yalnız referendum yolu ilə mümkün ola biləcək, lakin mövcud şəraitdə bunun reallaşmasının çətin olduğunu bildirib:

 

“Həmasın Qəzzanı təhvil verməsi referendum yolu ilə mümkündür, o da indiki halda şəraitlə bağlı çətin baş tuta bilər. Çünki Qəzza zolağında Həmas əhalinin səsverməsi ilə hakimiyyətə gəlib. Fələstin münaqişəsi ümumiyyətlə bu gedişlə heç zaman bitməyəcək. Sonda dünya müharibəsi yaxud daha böyük savaş olsa belə, bu prinsiplərlə həll yolu görünmür. İkili dövlət prinsipinə İsrail razı deyil. Əksinə İsrail "vəd edilmiş torpaqlar" adı ilə bütün ərəb ölkələrini tutmaq istəyir.

Həmasın bu qərarı verməsi üçün şərtləri açıqlamalıdır. Olsun ki, Fələstin Milli Administrasiyasına hakimiyyətə şərik olmaq şərti ilə verəcəklər. Hazırda Həmasın nüfuzu daha böyükdür. Çünki qalib mənzərəsində və əsirləri geri qaytarmaq ona böyük inam gətirdi. Fələstin Milli Administrasiyasına birləşib hər şeyi onlara təhvil verəcəyi inandırıcı deyil. Həmas təşkilatının silahlı qanadını inkişaf etdirilməsi əgər davam edərsə növbəti qanlı savaş da həmin ərazidə baş verə bilər ki, o da Qüdsün tamamilə əldən çıxıb Fələstinin ümumilikdə İsrailin əlinə keçməsinə gətirə bilər. Həmasın bu qərara hansı şərtlərlə gəldiyi məlum olandan sonra nəticələri bilmək olar. Fələstin Milli Administrasiyası şərtləri qəbul edərsə, razılıq əldə olanarsa siyasi gərginliklərə də gətirə bilər. Çünki Həmas fərqli siyasi baxışa və hərbi qüdrətə sahibdir. Aparıcı idarəçiliyə iddialı ola bilər ki, Mahmud Abbas hakimiyyəti də buna nə dərəcədə münasibətdə olacaq, beynəlxalq təşkilatlar nə reaksiya verəcək bunlar aydın deyil.

Beynəlxalq ictimaiyyət bunu görüntü etibarı ilə müsbət qarşılaya bilər. Amma gələcək perspektivləri beynəlxalq təşkilatların və güclü dövlətlərin təsirindən asılıdır. Dəstək olsa birləşib Fələstin dövlətinə doğru siyasi addımlar atmaq olar. Ümumiyyətlə Fələstin münaqişəsinin tamamilə nə vaxtsa həll olunması görünmür. Yalnız Türkiyə daha böyük qüdrətə çatıb İsraili də Fələstini də nəzarətə görürməlidir ki, bir əsrə yaxınlaşan bu yorucu münaqişə bitsin. Çünki keçmiş Osmanlı ərazisi olaraq hazırki Fələstin və İsrail yalnız Türkiyənin təsiri ilə normal yaşaya bilərlər. Ancaq Donald Trampın hakimiyyətə gəlməsi ilə Fələstin münaqişəsi daha da dərinləşib daha da qızışacaq, bölgədə daha böyük müharibələr qaçırmazdır. Suriyanın da torpaqlarını İsrail tutub və içəriyə doğru irəliləyir. Həlledici və böyük masştablı müharibə mütləq olmalıdır ki, problem həll olunsun. Əks halda heç bir danışıq aparan tərəf, heç bir beynəlxalq təşkilat bu problemin həllində maraqlı deyil. Əksinə münaqişədən maraqlar üçün istifadə edilir”.

 

Xanım Ağamalıyeva