Meksika Google-u məhkəməyə verməklə hədələyir

Bölmə: Dünya › ,
Tarix: 22:42 17.02.2025

Meksika prezidenti Klaudiya Şeinbaum bildirib ki, ölkə Google-u məhkəməyə verə bilər, çünki şirkət ABŞ-dakı istifadəçilərə Meksika Körfəzini "Amerika Körfəzi" kimi göstərir.

 

O vurğulayıb ki, Trampın bu adı dəyişdirmə qərarı yalnız ABŞ-ın kontinental şelfinə aid idi və Google-un bunu Meksika və Kubaya aid etməsi yanlışdır. Keçən həftə Google, ABŞ hökumət mənbələrinə əsaslanaraq adı dəyişdirdiyini açıqlayıb. Meksikada və digər ölkələrdə hələ də "Meksika Körfəzi" adı görünür.
Meksika hökuməti Google-a məktub göndərərək, “Amerika Körfəzi” adının yalnız ABŞ sularına aid olması lazım olduğunu bildirib və əks halda hüquqi addımlar atılacağını vurğulayıb. Şeinbaum Google-un cavabını gözlədiklərini və buna uyğun qərar verəcəklərini açıqlayıb.

 

CNN News
Aydan Quliyeva