Kanadadan Maska şok!

Bölmə: Dünya › ,
Tarix: 17:08 23.02.2025

Kanadada ABŞ prezidenti Donald Trampın baş müşaviri Elon Maskın “ölkənin milli maraqlarına zidd fəaliyyətdə olduğu” əsası ilə onun vətəndaşlığından məhrum edilməsi üçün imza toplama kampaniyası başlayıb.

 

Maskın "Kanadanın milli maraqlarına zidd fəaliyyətlərlə məşğul olduğunu" iddia edən kampaniya ərizəsində Baş nazir Castin Trudeau, Cənubi Afrika əsilli Maskın ikili vətəndaşlığını ləğv etməyə və onu anası vasitəsilə aldığı Kanada vətəndaşlığından məhrum etməyə çağırıb.

“HÖKUMƏT ÜZVÜ KANADA SUVERENLİĞİNİ SİLMƏYƏ ÇALIŞIR”

 

Müraciətdə iddia edilirdi ki, iş adamı Mask “sərvətindən və gücündən Kanada seçkilərinə təsir etmək üçün istifadə edib” və “Kanadanın suverenliyini silmək istəyən xarici hökumətin üzvüdür”.

50 mindən çox insanın imzaladığı petisiya iyunun 20-də İcmalar Palatasında təqdim olunacaq.

 

Mənbə: a haber
Nərmin Həşimova