Kim Çen İn son nöqtəni qoydu

Tarix: 20:50 18.02.2025
Şimali Koreya, ABŞ-nin nüvə silahlarından təmizlənmə hədəfinin "mümkünsüz" və "tətbiq edilə bilməz" olduğunu bildirərək, "Dövlət başçımızın müəyyən etdiyi nüvə gücünü inkişaf etdirmə siyasətinə möhkəm bağlı qalacaq və bütün siyasi və hərbi vasitələrdən istifadə edərək ABŞ və müttəfiqlərindən gələn təhdid və şantajların qarşısını alacağıq",- açıqlamasını verdi.
ABŞ-nin dövlət katibi Marko Rubio, Yaponiya xarici işlər naziri Takaşi İvaya və Cənubi Koreya xarici işlər naziri Ço Tae-Yolun Almaniyada keçirdiyi üçtərəfli görüşə Şimali Koreyadan sərt reaksiya gəldi.
Şimali Koreyanın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada, üçtərəfli görüşdən sonra "Pxenyanın nüvə silahlarından tamamilə təmizlənməsi" ilə bağlı ortaq bir bəyanat yayımlandığı xatırladılaraq, "ABŞ, Yaponiya və Cənubi Koreyanın Koreya yarımadası və ətrafında münaqişə ehtimalını qızışdıran macərapərəst və ağılsız hərəkətlərindən ciddi narahatıq. Düşmən ölkələrin ola biləcək bir təxribatına sarsıdıcı və qətiyyətli bir reaksiya veriləcəyi barədə xəbərdarlıq edirik",- deyildi.
3 ÖLKƏ ORTAQ BƏYANAT YAYIDI
ABŞ-nin dövlət katibi Marko Rubio, Yaponiya xarici işlər naziri Takaşi İvaya və Cənubi Koreya xarici işlər naziri Ço Tae-Yol Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində üçtərəfli görüş keçirdi. Görüşdən sonra yayımlanan ortaq bəyanatda, tərəflərin Şimali Koreyanın "nüvə silahlarından tamamilə təmizlənməsinə" dair qətiyyətini bir daha təsdiqlədiyi vurğulandı. Nazirlərin, Şimali Koreyanın nüvə silahı və raket proqramı, eləcə də Rusiya ilə hərbi əməkdaşlığı ilə bağlı ciddi narahatlıqlarını ifadə etdiyi qeyd edildi.
Mənbə: Haberler
Aygün Babayeva