Obsessiv-kompulsiv pozuntu: əlamətləri və gündəlik həyata təsiri

Bölmə: Sosial › ,
Tarix: 21:33 18.02.2025

Obsessiv-kompulsiv pozuntu bir növ qayğı pozuntusudur, insanın beynində narahatedici düşüncələr və ya həmin düşüncələri aradan qaldırmaq üçün etdiyi təkrarlanan davranışlar ilə xarakterizə olunur.

 

Bu haqqda psixoloq-psixoterapevt Gülşən İsmayılova “İnformator.az”a açıqlamasında bildirib ki, Obsesiv-kompulsiv pozuntu üzərində genetika amillərinin təsiri olduğu düşünülür:

 

“Araşdırmalar, OKP-nin ailə daxilində daha çox rast gəldiyini göstərir. Lakin, OKP-nin yaranmasında yalnız genetika amillərinin rol oynamadığını nəzərə almaq vacibdir. Genetika amillərinin OKP üzərindəki təsiri hələ tam olaraq başa düşülməyib. Araşdırmalar, bəzi genetika variantlarının OKP ilə əlaqəli ola biləcəyini göstərir, amma bu sahədə daha çox tədqiqat aparılmalıdır”.

 

Müsahibimizin sözlərinə görə, Obsessiv-kompulsiv pozuntu insanların gündəlik həyatına bir çox cəhətdən təsir edə bilər:

 

“Bu təsirlər fərddən-fərdə dəyişsə də, ümumilikdə OKP-nin həyat keyfiyyətini ciddi şəkildə azaltdığı bir həqiqətdir. Təbii ki, ən başlıcası zaman itkisi, gündəlik rutinlərin təxirə salınması, maddi yük, ailə daxili stabilliyin pozulması və sairədir.

Obsessiv-kompulsiv pozuntu müalicə oluna bilən bir pozuntudur. Obsesiv-kompulsiv pozuntu, psixi sağlamlıq problemlərindən biridir və vaxtında müalicə olunmazsa, şəxsin gündəlik həyatını ciddi şəkildə poza bilər. Lakin doğru müalicə və dəstək ilə OKP ilə yaşayan insanlar daha yaxşı həyat sürə bilərlər”.

 

Nərmin Həşimova