Stressi azaltmağın yolu Formula1-də

Bölmə: Sosial › ,
Tarix: 17:50 19.02.2025

Həyatı daha xoş, stressiz yaşamaq üşün psixoloqlar maraqlı yanaşmalar təklif edirlər. Bəziləri sabahı düşünməməyi, yalnız bu günlə yaşamağı tövsiyyə edirlər. Nyu-York Tayms ( New York Times) qəzetində “Həyatınızda asılı olduğunuza necə fokuslanmalı” adlı məqalədə istənilən tapşırıqda daha effektiv olmaq üçün idman sahələrindən bir olan Formula 1 və onun pilotunun zehni nümunə göstərilir.

 

Əslində hər kəs diqqətinin yayınmasının qarşısını almaq üçün mübarizə aparırır, amma pilotlar bu istiqamətdə daha fərqlidirlər.

 

Məsələn, F1 pilotları yarışdan əvvəl simulyatorlardan və zehni məşqlərdən istifadə edirlər ki, yarış zamanı növbəti döngədə nə olduğunu düşünməkdənsə, diqqətlərini maşın sürməyə yönəldə bilsinlər.

 

İdman psixoloqu Robbi Andersonun qənaətincə pilotlar əvvəlcədən bütün variantları saf-çürük edirlər və sonra ən əlverişli variantı necə gördüklərini vizuallaşdırırlar.

 

 

Öz-özünə danışmaq

 

İdman psixoloqu Robbi Anderson pilotlara öz-özünə danışmağı tövsiyyə edir. Onun fikrincə, bu motivasiyadır. Amma neqativ bir şeyi öz-özünə danışmaq qəti yolverilməzdir. Çünki bu uğursuzluğa aparacaq.

 

Gözlənilməz hadislərə hazır ol

 

Pilot Oscar Piastrin fikrincə, yarış nəzarət edə bilməyəcəyiniz şeylərlə doludur. İdman psixoloqu Anderson hesab edir ki, pilotlar beyinlərinin nə vaxt "sönəcəyini" - reaktiv, emosional vəziyyətə girəcəyini - gözləməli və buna qarşı çıxmağın yollarını tapmalıdırlar.

 

Diqqəti yayındırmadan onu dəyişdirin

 

Piastr yarış zamanı eyni trekin 40 və ya 50-ci dövrəsində diqqəti yayındırmaq riskini asanlaşdırmağın yolunu tamamilə təsadüfi şeylər haqqında düşünməklə izah edir.

 

Nevroloji olaraq beynimiz çox vaxt diqqəti yayındırmaq istəyir. Ona görə də, Formula 1 pilotları yalnız önlərindəki trasa statik olaraq baxmırlar, həm də dinamik olaraq diqqətlərini avtomobillərinin performansına, trek şəraitinə və radio rabitələrinə dəyişirlər.

 

Motivasiyanızı tapın

 

Piastri kimi pilotlar tez-tez yarış zamanı diqqətlərini çox uzun müddət saxlaya biləcəkləri və bunun asan göründüyü bir axın vəziyyətinə girməyi təsvir edirlər. Burda əsas amillərdən biri daxili motivasiyadır. Demək, əgər bir tapşırığı yerinə yetirmək üçün daxili motivasiyanız varsa, diqqətinizi ona yönəltmə ehtimalınız daha yüksəkdir və bu, uzun müddət daha asan görünəcək.

 

Əgər həqiqətən diqqətinizi cəmləməyə ehtiyacınız varsa, özünüzdən soruşmaq faydalı ola bilər: “Bu mənim üçün nə deməkdir?”

 

Tədqiqatlar göstərir ki, qəsdən fasilə vermək diqqəti və öyrənməyi yaxşılaşdırır. Sadə səbəblərdən biri isə stressi azaltmağa kömək etməsidir.

 

Xanım Niftəliyeva

Psixoloq-psixoterapevt