Bipolyar pozuntu necə yaranır?

Bölmə: Sosial › ,
Tarix: 19:43 19.02.2025

Günümüzdə bir çox xəstəliklərə rast gəlirik. Hər bir xəstəliyin müəyyən müalicəsi və yaranma səbəbləri, özünə məxsus xüsusiyyətləri və təsir gücləri mövcuddur. Xəstəliklər fiziki və ruhi olaraq 2 yerə bölünür. Bipolyar ruhi xəstəlik olaraq bilinir.

Mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib ki, insan cəmiyyəti inkişaf etdikcə, fəaliyyət göstərdikcə, sağlamlıqla yanaşı xəstəliklərə də rast gəlinir:

 

"Artıq xəstəliklərin çox geniş təsnifatı aparılır və eyni zamanda hər bir xəstəlik araşdırılaraq onların müalicə yolları tapılır. Xəstəliklərin yaranma səbəbi müxtəlifdir. Xəstəliklərin yaraması insanın ruh halı ilə bağlı olur. Uşaqlıqdan əsası qoyulan və eyni zamanda da böyüdükcə valideynlərin bəzən fərq etdiyi, fərq etmədiyi şəkildə ən çox yeniyetməlikdən sonra üzə çıxan bir psixi pozuntu varki buda bipolyar pozuntudur. Bipolyar pozuntu ruhi pozuntudur. Bəzən şəxsiyyət pozuntusu kimi də qeyd etmək olar. Bipolyar pozuntu valideynlərin yeniyetmə övladına münasibətdə kəskinlik, ambivalentlik varsa və.s münasibətlərdən ötürü bipolyar xəstəlik yeniyetməlik dövründən inkişaf etməyə başlayır".

 

Psixoloqun sözlərinə görə, bipolyar pozuntulu şəxslər gün ərzində müxtəlif xarakterə bürünürlər:

 

"Məsələn, bir şəxs əyləncənin pik nöqtəsində olduğu bir anda, sabah və ya 2 gün sonra tamamən fərqli insana çevrilə bilər. Bu onun dalğavari bir vəziyyətdə inkişaf etdiyini göstərir. Bu şəxlər mütləq şəkildə psixiyatri müalicəsi almalıdı. Müalicədən sonra artıq bu şəxslər özlərinində hiss edəcəyi şəkildə yaxşılacaqdır. Bu zaman ərzində mütləq bu şəxslərin ailəsi onlara dəstək olmalıdır. Ailə dəstəyini bipolyar pozuntulu şəxs görürsə bu zaman onun yaxşılaşmasında böyük rol oynayacaq".


Türkan Kərimli