Həmasdan yeni təklif!

Bölmə: Dünya › ,
Tarix: 20:36 19.02.2025

Həmas atəşkəs sazişinin ikinci mərhələsində azad olunması nəzərdə tutulan israilli girovları bir dəfəyə buraxmağı təklif edib. Lakin Həmas sözçüsü Hazem Qassem 60-dan çox girovun azad edilməsi müqabilində İsrail qüvvələrinin Qəzzədən tamamilə çəkilməsini və müharibəyə son qoyulmasını tələb etdiklərini bildirib.

 

Həmas eyni açıqlamada İsrailin qrupun tamamilə silahsızlaşdırılması və Qəzzədən çıxması tələbinə də rədd cavabı verib.

 

İsrail hələ bu təklifə cavab verməyib. Lakin İsrail siyasi səhnəsində, xüsusilə də radikal sağçılar arasında, müharibəni bitirmək və Həmasın Qəzzədə siyasi və hərbi hakimiyyətini davam etdirməsi qəbul olunan fikir deyil.

 

Netanyahu müharibənin məqsədlərindən birinin İsrailin Həması məhv etməsi və Qəzzədən tamamilə çıxarması olduğunu bildirib.

 

Həmasın bu təklifinin, girov mübadilələrinin uzun müddətə yayılaraq mərhələli şəkildə həyata keçirilməsini tənqid edən ABŞ Prezidenti Donald Trampa bir güzəşt ola biləcəyi ehtimal edilir.

 

Mənbə: BBC news Türkçe 

Nigar Həsənzadə