Trampın Ukrayna ilə bağlı diqqətçəkən açıqlaması

Bölmə: Dünya › ,
Tarix: 21:26 19.02.2025

ABŞ prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi gündəmini dəyərləndirib.

 

Ukraynanın müharibəni daha əvvəl bitirmək imkanının olduğunu, lakin Co Bayden administrasiyasının dəstəyi ilə müharibəni davam etdirməyə üstünlük verdiyini əsas gətirən Tramp deyib:

"Bu gün eşitdim ki, "bizi dəvət etməyiblər”,- deyirdilər. Siz üç ildir orada olmusunuz, bunu üç il əvvəl bitirməli idiniz. Siz heç başlamamalı idiniz, əvvəlcədən razılığa gələ bilərdiniz. Mən Ukrayna üçün, demək olar ki, bütün ərazisini onlara verəcək bir sövdələşmə bağlaya bilərdim. Amma onlar bunu etməməyi seçdilər. Prezident Baydenin bu məsələdə nə qədər səhv olduğunu başa düşmürəm.

 

Avropa sülhməramlılarının Ukraynada sülh planının bir hissəsi kimi yerləşdirilməsi ideyasına necə baxdığı sualına Tramp, "Əgər onlar bunu etmək istəyirlərsə, bu, əladır. Mən bunun tərəfdarıyam. Əgər bunu etmək istəsələr, bu, yaxşı olardı", -deyə cavab verdi.

 

Mənbə: A haber

Asiman Vəliyeva